Hadisə

Futbolçu bağ evində güllələndi - FOTO

1 Noyabr 2023 23:34
Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyalı futbolçu Felipe Dioqo güllələnərək öldürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə 21 yaşlı hücumçunun bağ evində baş verib.

C seriyasında çıxış edən "San Bernardo" klubunun forvardı mövsüm başa çatdıqdan sonra istirahət etmək üçün doğulduğu Ribeyrao-Pretoya gedib. Orada bir qrup şəxs tərəfindən hücuma məruz qalan oyunçu güllə yaraları alıb.

Gənc futbolçu xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsi nəticə verməyib.

Qeyd edək ki, Felipe Dioqo "Kruzeyro", "Botafoqo" və "Avai" klublarının aşağı yaş qruplarında oynayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory