Hadisə

Pirotexnika anbarında PARTLAYIŞ: 9 ölü

29 İyul 2023 22:08
Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tailandın Malayziya ilə sərhədində yerləşən Narathivat əyalətinin cənubundakı Sunqaykolok şəhərində pirotexnika anbarında güclü partlayış olub, nəticədə azı 9 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.

Hadisə nəticəsində yerli ticarət mərkəzinə, bazara və 150 evə xeyli ziyan dəyib, bəzi yaşayış binaları tamamilə dağılıb. Yanğınsöndürmə briqadaları partlayışdan sonra genişlənməyə başlayan yanğının qarşısını alıb.

Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Regional hakimiyyət orqanları tibbi, psixoloji və humanitar yardımların göstərilməsi üçün məntəqələr yerləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.