Hadisə

İdman mərkəzində məşqçilər arasında dava - VİDEO

6 Fevral 2023 16:00
Baxış: 2 140

Ötən gün Balaxanı İdman Mərkəzində məşqçilər arasında dava düşüb.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yayılan video böyük müzakirələrə səbəb olub.

Mühafizə və polisin olmaması tənqid edilib.

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən Balaxanı İdman Mərkəzinin direktoru Müşfiq Hüseynov bunları deyib: "Orada iki məşqçi arasında mübahisə olub. Hadisəni böyütməyə ehtiyac yoxdur. Həmin vaxt orada polis də olub, mühafizə də olub".

Qeyd edək ki, ötən ilin noyabr ayında Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilmişdi və orada 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla qətlə yetirilmişdi.

Milli.Az
 

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics