Hadisə

Azərbaycanın Əməkdar artisti vəfat etdi

23 Oktyabr 2022 10:56
Baxış: 2 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.

Bu barədə Milli.Az-a xanəndənin qızı Aygün Abdullayeva bildirib.

Qeyd edək ki, Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin - Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb.

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna "Əməkdar artist" fəxri adı verilib.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.