Hadisə

Azərbaycanlı gənc həyat yoldaşını çayda boğulmaqdan xilas etdi, özü boğuldu - VİDEO - FOTO

6 Sentyabr 2022 11:45
Baxış: 5 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyada yaşayan Sərkər adlı azərbaycanlı gənc çayda boğulub. 

Milli.Az Azxeber.com-a istinadən bildirir ki, hadisə 28 avqustda baş verib. O, evli olduğu Helena adlı xanımla gəzintiyə çıxıb və İtaliyanın Komo gölündə qayıq kirayəliyib. 

Sərkər suya yıxılan qızı xilas etmək üçün onun arxasınca suya tullanıb. O, qızı xilas etsə də, özü suda boğulub. 

Hazırda azərbaycanlı gəncin nəşi İtalyada saxlanılır, maliyyə sıxıntılarına görə Azərbaycana gətirilə bilmir. 

Helena həyat yoldaşının nəşini Azərbaycana aparmaq üçün yardım aksiyasına başlayıb. 

Qeyd edək ki, cütlük bir neçə ay bundan öncə ailə həyatı qurubmuş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.