Texnologiya

WhatsApp-ın şərtini qəbul etməyənlərin nəzərinə

29 May 2021 22:27
Baxış: 2 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvar ayında istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsinin təsdiqlənmə tarixini mayın 15-dək uzadan "WhatsApp" məsələ ilə bağlı yeni açıqlama verib.

Bu barədə "Telegraph" məlumat yayıb.

Nəşr "WhatsApp"ın istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsini qəbul etməyənlərin hər hansı sanksiya ilə üz-üzə qalmayacağını yazıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "WhatsApp"ın bu qərarı almasında istifadəçi sayındakı azalma və bir sıra hökumətlərin buna qarşı çıxmasının böyük təsiri olub.

"Bir sıra rəsmilər və gizlilik mütəxəssisləri ilə maparılan son müzakirələrə baxsaq, hazırda yeniliyi hələlik qəbul etməmiş istifadəçilərə qarşı hər hansı məhdudiyyət planımız olmadığını açıq şəkildə bildirmək istəyirik", - şirkətdən qeyd olunub.

O da əlavə olunub ki, müxtəlif vaxtlarda şirkət istifadəçilərə yeniliklə bağlı xatırlatma edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.