Texnologiya

“Airbus” sıfır karbon tullantılı təyyarə prototiplərini təqdim edib

22 Sentyabr 2020 20:47
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Airbus" şirkəti hidrogen mühərrikli 3 təyyarə prototipini təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu modellərin karbon qazı tullantıları sıfır səviyyəsində olacaq.

Şirkətin baş direktoru Giyom Fori bildirib ki, həmin modellərin 2035-ci ilədək istehsalının başlanması planlaşdırılır.

"ZEROe" adı verilən modellər üç prototipdə təqdim olunub.

Birinci prototip turboreaktiv mühərrikli klassik konturları olan təyyarədir. Bu təyyarənin sərnişin tutumu 200 nəfərədək, uçuş məsafəsi 3 500 kilometrdən çox olacaq.

İkinci prototip 1 800 kilometr məsafədə 100-dək sərnişin daşıya biləcək regional tipli turbopərli təyyarədir.

Üçüncü prototip mütəxəssislər tərəfindən "uçan qanad" adlandırılıb. Bu təyyarənin sərnişin tutumu 200 nəfərədək, uçuş məsafəsi 3 500 kilometrdən çox olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.