Texnologiya

"Google" ilkə imza atdı

16 Oktyabr 2024 13:29
Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin texnologiya nəhəngi "Google" 2030-cu ilə qədər ölkədə istifadəyə verilməsi planlaşdırılan kiçik modul reaktorların istehsal etdiyi enerjini almaq üçün "Kairos Power" ilə müqavilə bağlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

Nüvə enerjisinə keçid qərarı karbon emissiyalarının azaldılması kimi uzunmüddətli hədəflə bağlıdır.

Beləliklə, "Google" bir neçə kiçik nüvə reaktorundan enerji almaq üçün dünyada ilk müqaviləyə imza atıb.

Müqavilənin şərtlərinə əsasən, "Google" reaktorlardan 500 MVt-a qədər elektrik enerjisi ala biləcək. İlk reaktorun 2030-cu ilədək, qalanlarının isə 2035-ci ilə qədər işə salınması planlaşdırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.