Texnologiya

“Samsung” iki ucuz qatlanan smartfon təqdim edəcək

7 Aprel 2024 22:00
Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "Samsung" korporasiyası elastik ekrana malik iki ucuz smartfonun buraxılışını hazırlayıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Çinin "MyDrivers" nəşrinin jurnalistləri şirkətin planlarından xəbərdar olublar.

İnternetdə məlumat yayılıb ki, gələn yay "Samsung" bir anda iki ucuz qatlanan qurğu təqdim etməlidir. Birincisi Galaxy Z Fold FE smartfon-planşetidir, qatlanan zaman onun ölçüləri 155,1 x 67,1 x 14,2 millimetr olmalıdır. İkincisi, ölçüləri 165,2x71,9x6,9 millimetr olan Galaxy Z Flip FE qapağıdır.

İnsayderlər həmçinin bildiriblər ki, təqdim olunan ilk telefon satış bölgəsindən asılı olaraq Snapdragon və Exynos prosessorları ilə buraxılacaq. Daha ucuz Galaxy Z Flip FE Snapdragon 7s Gen 2 çipinə sahib olacaq.

Modellər həmçinin 256 və 512 qiqabaytlıq yaddaş tutumları ilə təchiz ediləcək. Galaxy Z Fold FE 12 və ya 16 qiqabayt operativ yaddaşa sahib olacaq, Galaxy Z Flip FE isə 8 qiqabaytlıq versiyada gələcək. Gələcək smartfonların qiyməti açıqlanmır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.