Texnologiya

“X” sosial şəbəkəsi “YouTube”un analoqunu yaradır

9 Mart 2024 09:11
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milyarder İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube" ilə rəqabət aparmaq üçün Amazon və Samsung Smart TV-lər üçün proqram təqdim edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Fortune" jurnalı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış YouTube tətbiqi ilə eyni olacaq.

Mənbə bildirib ki, Mask "YouTube" ilə rəqabət aparmaqda qərarlıdır.

Beləliklə, amerikalı milyarder "X" istifadəçilərini "böyük ekranda uzun videolara" baxmağa inandırmaq və reklam verənləri sosial şəbəkəyə cəlb etmək istəyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.