Texnologiya

“YouTube”dan musiqisevərlər üçün əla xidmət: İnternetsiz də...

2 Mart 2024 19:02
Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google"un musiqi striminq xidməti "YouTube Music" kompüterlərdə oflayn oxutmaq üçün mahnı yükləmək seçimini əlavə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Android Polis" xəbər yayıb.

Məlumata görə, bunun üçün "YouTube Music"in veb-versiyasında alboma və ya fərdi səhifəyə baxarkən "Kitabxanada saxla" düyməsi seçilməli və yükləmə indikatoruna basılmalıdır. Yadda saxlanılmış fayllar "YouTube Music"in "Kitabxana" səhifəsində "Yükləmələr" bölümündə olacaq.

Mahnıların kataloqu istifadəçinin aktiv internet bağlantısını saxlaya bildiyi, yəni ən azı 30 gündə bir dəfə xidmətə daxil olduğu müddətcə əlçatan olacaq.

O da vurğulanır ki, veb-versiyanın yeni funksionallığı masaüstü kompüterlər üçün ayrıca "YouTube Music" tətbiqinin olmaması problemini həll edəcək.

Hələlik yeni funksiya yalnız bəzi istifadəçilər üçün əlçatandır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.