Texnologiya

NASA “Psyche” asteroidinə zond göndərdi

17 Oktyabr 2023 19:27
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) metal maddələrlə zəngin olan "Psyche" asteroidinə zond göndərib.

Bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən SpaceX şirkətinin "Falcon Heavy" raketi ilə kosmosa göndərilən missiyanın məqsədi Mars və Yupiter planetləri arasındakı əsas asteroid qurşağında yerləşən metal əsaslı asteroid olan "Psyche"nin tədqiqi ilə planetlərin əmələgəlmə proseslərinin öyrənilməsidir.

Kosmik zond 2029-cu ilin avqustunda təyinat nöqtəsinə çatacaq və sonra təxminən iki il müddətində təyin olunmuş orbitdə hərəkət edərək "Psyche"nin müşahidəsini aparacaq. Asteroidin orbitində işlədiyi müddətdə zond həm şəkillər çəkəcək, həm də maqnitosferi ölçəcək və digər məlumatlar toplayacaq.

Qeyd edək ki, "Psyche" kimi obyektlər əvvəllər heç vaxt yaxından müşahidə edilməmişdir. Lakin məlumdur ki, Mars, Venera və Yerdəki qayalar dəmir oksidləri ilə zəngin olsa da, "Psyche"nin səthində bu kimyəvi maddə çox deyil. Bu da "Psyche"nin yaranmasının standart planet əmələgəlməsi proseslərindən fərqli olduğunu göstərir. Bu baxımdan, Yerəbənzər planetlərin əmələgəlməsi ilə bağlı elmi yeniliklərə işıq tutacaq "Psyche" missiyasının əhəmiyyəti yüksək qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.