Dünya

“Kritik vəziyyətdəyik” - Zelenski

25 Noyabr 2025 01:23
Baxış: 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə aparılan danışıqların həlledici mərhələyə daxil olduğunu bildirib.

Milli.Az xəbər verir ki, dövlət başçısı bu barədə Krım Platformasının sammitinə göndərdiyi videomüraciətdə danışıb.

Zelenskinin sözlərinə görə, Kiyev hazırda həm media təzyiqi, həm də siyasi gərginlik fonunda Vaşinqtonla intensiv müzakirələr aparır:

"Biz kritik vəziyyətdəyik. Mətbuatda böyük səs-küy, siyasi basqı var. ABŞ da daxil olmaqla tərəfdaşlarımızla elə kompromis axtarırıq ki, bu bizi gücləndirsin, zəiflətməsin".

Prezident əlavə edib ki, Ukrayna tərəfdaşlarına Rusiya aqressiyasının "görməzlikdən gəlinməsi" təhlükəsini izah etməkdə davam edəcək:

"Biz izah edəcəyik ki, təcavüzü görməzdən gəlmək nə qədər təhlükəlidir və bunun "öz-özünə yox olacağını" düşünmək nə dərəcədə yanlış yanaşmadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.