Texnologiya

“Tesla” insanabənzər robotun son versiyasını nümayiş etdirdi

26 Sentyabr 2023 08:48
Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tesla" kompaniyası sosial mediada "Optimus" robotu ilə bağlı qısa video dərc edib. Videoda insanabənzər robotun özünü kalibrləmə prosesi və görmə sistemindən istifadə edərək əşyaları çeşidləmə bacarığı nümayiş olunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, videoda "Optimus"un artıq obyektləri qüsursuz şəkildə ayırmaq və əşyaları rənglərinə görə "tam avtonom şəkildə çeşidləmək qabiliyyətinə" malik olduğu görünür. Hətta şirkət işçisi robota mane olmağa çalışsa da, o, tapşırığı axıradək yerinə yetirib. Robot, həmçinin yanı üstə düşən cisimlərin mövqeyini müstəqil şəkildə dəyişə bilir. Onun neyron şəbəkəsinin yalnız görmə qabiliyyətindən istifadə edərək avtomatik işlədiyi bildirilir.

Amerikanın elektromobil istehsalçısı "Tesla" şirkətinin rəhbəri İlon Maskın proqnozlarına görə, robot 5-10 il ərzində mükəmməlləşəcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq.

"Optimus" robotunun insana çatmağına hələ çox qalsa da, sonrakı illərdə vəziyyətin müsbətə doğru dəyişəcəyi şübhə doğurmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.