Texnologiya

Smartfonların ömrünü uzatmaq üçün üç “qızıl” qayda - FOTO

4 İyun 2023 20:45
Baxış: 2 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Android"lə işləyən smartfonların batareyasının ömrünü artırmaq üçün enerji ilə yüklənməsi qaydalarına diqqət etmək lazımdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Google" mütəxəssisləri bildiriblər.

Ekspertlər ilk növbədə qadceti enerji ilə tam yükləməməyi tövsiyə edirlər. Bunun üçün cihazın parametrlərinə daxil olmaq və akkumulyatorun "90 faizdən çox doldurulmama"sı göstəricisini işarələmək lazımdır.

Bundan əlavə, mütəxəssislər mümkün olduqca enerjiyə qənaət rejimini yandırmağı tövsiyə ediblər. Onların sözlərinə görə, bu funksiya aktivləşdirildikdə smartfon batareyadan daha az istifadə edəcək və fonda işləyən proqramları bağlayacaq.

Mütəxəssislərin üçüncü tövsiyəsi smartfonları enerji ilə doldurarkən ondan istifadə etməməkdir.

"Cihaz sərin yerdə olmalıdır, həmin vaxt interneti digər qadcetlərə paylamağa imkan verən Wi-Fi və bağlantı nöqtəsi funksiyasını söndürmək daha yaxşıdır", - deyə ekspertlər fikirlərini yekunlaşdırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.