Texnologiya

Android istifadəçilərinin məlumatları oğurlana bilər

25 Dekabr 2022 09:54
Baxış: 995
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mütəxəssislər Android əməliyyat sistemi əsasında işləyən smartfonların təhlükəsizlik sistemində boşluq aşkar edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu boşluq sayəsində hakerlər cihazlara zərərli proqramlar yeridə bilər.

İlk növbədə, təhlükə "Samsung", "LG" və "Xiaomi" smartfonlarının sahiblərini gözləyir.

Bu problemlərin səbəbi Android əməliyyat sistemli telefonların qanuniliyini müəyyən edən platforma sertifikatları ilə bağlıdır. Həmin sertifikatlar satıcıların satış zamanı imzaladığı ərizələrdir. 

Mütəxəssilər bu sertifikatların başqa insanların əlinə keçdiyini bildirib.

Bu da Android istifadəçilərinin şəxsi məlumatlarının asanlıqla ələ keçirilə biləcəyini göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.