Maska taxarkən ağız və burun boşluğu tam örtülməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki ilə yaxındır ki, yeni növ koronavirus (COVID-19) xəstəliyi yayılmağa başlayandan həyatımızı tibbi maskasız təsəvvür etmək çətindir. Lakin təəssüf ki, hələ də maskadan istifadə qaydalarına düzgün əməl etməyənlər var.
Milli.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin dediyinə görə, birdəfəlik maskalar 2-3 saatdan bir dəyişilməlidir: "İlk növbədə, əlləri təmiz yumaq, bundan sonra maskanın kənarlarından tutub rəngli tərəfi çölə olmaq şərtilə taxmaq lazımdır. Burda xüsusi vacib məqam maskanın ağız və burun boşluğunu örtməsidir. Bəzən burunu kənarda qoyaraq maska taxılması halları ilə üzləşirik. Bu, qətiyyən düzgün deyil. Maska taxarkən ağız və burun boşluğunun tam örtülməsinə nəzarət edilməlidir. Maskanın hava ilə təmasda olan çöl səthinə toxunmaq olmaz, çünki həmin hissə ətraf mühitlə təmasda olduğundan çirklənmiş sahə hesab olunur. Maskanı çıxararkən mütləq iplərdən tutmaq, çıxarandan sonra zibil qutularına atmaq və əlləri yumaq lazımdır".
Bəzən müxtəlif dizaynlı və formalı maskalardan istifadə edənlər də olur. Lakin Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, parça materialdan hazırlanan və ya aksesuar kimi taxılan maskalar yoluxucu xəstəliklərdən qorumur. Tibbi maskalardan bir neçə dəfə istifadə etmək də tövsiyə olunmur. COVID-19-dan qorunmaq üçün yeganə yol mütəmadi dəyişmək şərtilə tibbi maskalardan istifadə edilməsidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək





