Sağlamlıq

Antidepressantlar kovidə təsir edir

17 Noyabr 2021 23:03
0 Şərh     Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antidepresant qrupunun (selektiv serotoninin geri alınması inhibitorlar-SSRI) qəbulu COVID-19 xəstələrində ölüm riskini azaldır.

Milli.Az xəbər verir ki, bu qənaətə Kaliforniya və Stenford universitetlərinin alimləri apardıqları araşdırmaların nəticələrinə əsasən gəliblər.

Alimlər ABŞ-da 500 min xəstənin tibbi qeydlərindən alınan məlumatları təhlil ediblər. Onlardan 83,5 mininə 2020-ci ilin yanvar-sentyabr aylarında koronavirus diaqnozu qoyulub. Bu qrupda 3,4 min nəfərə antidepresantlar təyin edilib.

Nəticədə müəyyən olunub ki, fluoksetin (SSRI qrupundan olan dərman) qəbul edənlərdə ölüm riski nəzarət qrupuna nisbətən 28% azdır. Fluoksetin və ya fluvoksamin (başqa bir SSRI dərmanı) qəbul edənlərin riski 26% aşağı olub.

Eyni zamanda, alimlər qeyd ediblər ki, koronavirusdan ölüm hallarını azaltmaq üçün antidepresanların istifadəsinin effektivliyini yalnız geniş miqyaslı randomizə olunmuş klinik sınaqlardan sonra təsdiqləmək mümkün olacaq. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.