Sağlamlıq

Ortopedik ayaqqabılar necə olmalıdır?

3 Yanvar 2022 21:20
0 Şərh     Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar ortopedik ayaqqabılardan istifadə edənlərin sayı çoxalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim- travmatoloq Museyib Əhmədov həmin ayaqqabılara olan tələblərlə əlaqədar deyib: "Ortopedik ayaqqabılara daha çox erkən yaşlarda ehtiyac yaranır. Bu, daha çox anadangəlmə və uşaqlıq dövründə inkişaf edən yastıpəncəliliklə əlaqədar olur. Həmin halların qarşısının alınmasında ortopedik ayaqqabıların əvəzedilməz rolu var. Ortopedik ayaqqabılar çox rahat olmalıdır, onlarda ayağın normal olaraq medial qövsü, daban nahiyəsi olur və bunun üçün xüsusi yastıqların olması əhəmiyyətlidir. İstər daban nahiyəsi, istərsə də qövs nahiyəsində xüsusi yastıqların olması vacibdir".

Həkim-travmatoloq onu da deyib ki, həmin ayaqqabıların daban hissəsinin 2-3 santimetrdən hündür olmaması lazımdır. Uşaq və böyük ayaqqabılarına yanaşmalar fərqlidir. Ortopedik ayaqqabılar dəri materialdan hazırlanmalı və normal havalandırmaya malik olmalıdır. Xüsusən də ayaqqabının iç səthinə xüsusi diqqətlə yanaşılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.