Sağlamlıq

Payızda hansı qidaları yemək lazımdır?

4 Oktyabr 2021 23:47
0 Şərh     Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Payızda immunitet getdikcə zəifləyir, soyuq hava, günəşin azalması beyinə təsir edir. Bu dövrdə qidalanmanı gücləndirmək lazımdır.

Milli.Az xəbər verir ki, payızda sitrus meyvələri: portağal, narıngi, kivi, qreypfrut, limon qəbul etmək lazımdır. Çünki onlarda olan efir yağları viruslara qarşı təsirlidir.

Eləcə də faydalı yağ turşuları - qoz, badam, zeytun yağı, yağlı balıq, kürü, avokado yeyilməlidir.

Həftədə ən azı 2 dəfə balıq yeyilməlidir.

Hər gün menyuda soğan, sarımsaq, göyərti, göbələk, balqabaq, kabaq, turp, kələm, kök, çuğundur olmalıdır. Bunları ya bişmiş, ya da salat formasında yeyin.

Uşaqlar da, böyüklər də balqabaq püresi, şorbası yeməlidir.

Meyvələrdən armud, nar, alma, ərik, şirniyyatlardan ballı su, çərəz, kişmiş, tünd təmiz şokolad yeyin. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.