Sağlamlıq

Böyrəklər üçün zərərli qidalar - SİYAHI

27 Sentyabr 2021 23:30
Baxış: 2 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyrək xəstəlikləri insanlar arasında çox yayılsa da, simptomları gec fərq edilir. Araşdırmalara görə, xroniki böyrək xəstələrinin yalnız 10 faizi bu xəstəlikdən xəbərdardır.

Bəs böyrəkləri qorumaq üçün nə etmək lazımdır?

İstehlak etdiyiniz qidalara diqqət yetirməklə böyrəklərinizi müxtəlif xəstəliklərdən qoruya bilərsiniz.

Milli.Az böyrəklərə faydalı olan qidaları təqdim edir:

Alma. Böyrək xəstəliklərinin qarşısını almaq üçün bol miqdarda lif ehtiva edən alma istehlak edə bilərsiniz. Bu meyvənin sidik kisəsi problemlərinə qarşı effektiv olduğu məlumdur.

Ayrıqotu.Yol kənarında asanlıqla tapa biləcəyiniz ayrıqotu çirkli qanı və toksinləri təmizləyir.

Balqabaq. Böyrəkdə yığılmış daşların atılmasına imkan verir.

Cəfəri. Bədənə enerji verməklə yanaşı, xəstəliklərə qarşı qalxan rolunu oynayır.

Balqabaq tumu. Sink və dəmir mineralları olan balqabaq tumu Omeqa-3 təsiri ilə böyrək xəstəliklərində effektivdir.

Gavalı. Bədəndə dəmirin sorulmasına kömək edir, A, B, C vitaminləri ilə zəngindir.

Düyü. Düyü və düyü sıyığı böyrək xəstəliklərində itirilən kalorinin əvəz edilməsi baxımından vacibdir.

Adaçayı. Həzm sistemi ilə əlaqəli bir çox problemi aradan qaldıran adaçayı həftədə bir neçə dəfə istehlak edildikdə həzm rahatsızlığı və şişkinlik kimi problemləri aradan qaldırır. Tərkibindəki A, B və C vitaminləri sayəsində böyrəklərlə əlaqəli bir çox xəstəliyin qarşısını alır.

Su. Su böyrəklərimiz və bədənimiz üçün ən vacib həyat mənbəyidir. Böyrəklərin yaxşı işləməsi və gündəlik işini yerinə yetirməsi üçün gündə bir neçə litr su içilməlidir. Su gün ərzində bədənə daxil olan zərərli toksinləri xaric etməyə imkan verir.

Qatıq. Qatıq kimi fermentləşdirilmiş süd məhsulları probiotik olduğuna görə böyrək üçün vacibdir.

Göyərti. Göyərtilər A vitamini anbarıdır və böyrək daşlarına qarşı təsirli olur.

Qarpız. Qarpız sidikqovucu xüsusiyyəti ilə məşhurdur. Böyrəklərdəki qumu təmizləyir və duzu həll edir.

İtburnu. İtburnu bədənin xəstəliklərə qarşı mübarizə mexanizmlərini dəstəkləyir.

Böyrək xəstəliyi olan insanların pəhrizlərinə diqqət yetirmələri lazımdır. Böyrəkləri qorumaq üçün nə istehlak edilməli olduğunu sadaladıq. Bəs böyrək xəstəliyi olanlar və ya böyrəklərini qorumaq istəyənlər hansı qidalardan çəkinməlidirlər?

Bu qidalar böyrək üçün zərərlidir:

Konserva, qızardılmış duzlu ət, kolbasa-sosiska məhsulları, yeməkdadlandırıcı tabletlər, qazlı su, şokolad, tomat pastası, yağlı tumlar və çərəzlər (qoz, fındıq, badam, fıstıq). (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.