Baş pediatr: Uşaqlarda vitamin çatışmazlığı, qidalanma problemləri və allergik xəstəliklərə daha çox rast gəlinir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin yaz və yay aylarında uşaqlar arasında vitamin çatışmazlığı, qidalanma problemləri və allergik xəstəliklərə daha çox rast gəlinir.
Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin verdiyi məlumata görə, ötən illər uşaqlar arasında tez-tez rastlaşdığımız çoxsaylı virus infeksiyalarının - adenoviruslar, qrip və paraqrip viruslarının törətdiyi xəstəliklər minimuma çatıb: "Bunun səbəbi koronavirusla əlaqədar, dünyada, o cümlədən ölkəmizdə sanitariya və gigiyena normalarına daha ciddi əməl edilməsidir. Tibbi maskalar və dezinfeksiya məhlullarından istifadə, eləcə də sosial məsafəni qorumaq təkcə koronavirusa deyil, digər virus infeksiyalarına yoluxma sayının da kəskin azalmasına səbəb olub".
Baş pediatr bildirib ki, valideynlər övladlarını mövsümi xəstəliklərdən qorumaq üçün onların qidalanmasına ciddi diqqət göstərməlidirlər: "Təəssüf ki, müəyyən səbəblərdən dolayı uşaqların qidalanmasına laqeyd yanaşanlar çoxdur. Valideynlər, daha sonra müəllimlər və səhiyyə işçiləri uşaqların sağlamlıqlarının qayğısına qalmalıdırlar. Məsələn, allergiyaya meyilli uşaqlarda allergiya əmələ gəlməmiş profilaktik tədbirlərin aparılması çox vacibdir. Sahə pediatrları xəstələrə müvafiq dərman preparatları verərək xəstəliyin baş qaldırmaması üçün əvvəlcədən fon yaradılmasına çalışmalıdırlar".
Ümumiyyətlə uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödəmləşməsi, burun və gözdə qaşınmadır. Pollinozlu xəstələr bəzən ard-arda 30-40 dəfə asqırırlar. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır. Beləliklə, ağacların tozlanması xüsusilə allergiyaya meyilli uşaqlarda narahatlıq yaradır. Baş pediatr məsləhət görür ki, xəstəliyin profilaktikası yazın əvvəllərində başlamalıdır ki, mayda ağacların çiçəkləndiyi vaxtda allergik vəziyyət yaranmasın.
Nəsib Quliyevin sözlərinə görə, yay fəslində uşaqların qida rasionunda meyvələr, giləmeyvələr və tərəvəzlərə üstünlük verilməlidir: "Çalışmaq lazımdır ki, uşaqların qidalarında köhnəlmiş yeməklərdən istifadə olunmasın, bütün qidalar təzə olsun. Yay mövsümünün üstün cəhətlərindən yararlanıb uşaqların qışa fiziki hazırlıqlarını təmin etmək lazımdır. Bunun üçün uşaqlara, mütəmadi olaraq, günəş və su vannası qəbul etdirmək lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı
-
1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
Kilosu 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO
-
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
-
Dilimlənmiş qarpız almazdan əvvəl iki dəfə düşünün
XƏBƏR LENTİ
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Özgür Özel CHP parlament qrupunun sədri oldu
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO





