Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbul Universiteti İstanbul Tibb Fakültəsi və Muş Dövlət Xəstəxanası tibb dünyasında inqilabi bir uğura imza atıb. Türkiyənin yerli imkanları ilə hazırlanan "Avicenna Roboflex" (İbn-i Sina) robotu və "Turkcell" şirkətinin 5G infrastrukturu vasitəsilə, İstanbuldan Muşdakı xəstəyə dünyanın ilk məsafədən RIRS üsulu ilə böyrək daşı əməliyyatı edilib.
Milli.Az xəbər verir ki, tarixi əməliyyat İstanbul Tibb Fakültəsindən Prof. Dr. Tzevat Tefik və Muş Dövlət Xəstəxanasından Op. Dr. Rıfat Burak Ergül tərəfindən həyata keçirilib.
Hər iki xəstəxanada qurulan 5G şəbəkəsi yüksək məlumat ötürmə sürəti və ultra aşağı gecikmə müddəti (low latency) sayəsində əməliyyatın tam təhlükəsiz keçməsinə şərait yaradıb.
Təxminən 4 saat davam edən və xəstəyə heç bir cərrahi kəsik tətbiq edilmədən, təbii yollarla daxil olunaraq icra edilən bu prosedur, böyrək daşı müalicəsində Retroqrad İntrarenal Cərrahiyyə (RIRS) metodu ilə məsafədən edilən dünyanın ilk tele-əməliyyatı kimi tibb tarixinə düşüb.
İstanbul Universitetinin rektoru Prof. Dr. Osman Bülent Zülfikar əməliyyatdan sonra keçirilən mətbuat konfransında bildirib ki, 5G texnologiyası tibb sektorunda məsafədən diaqnoz, təqib, görüntüləmə və cərrahiyyə proseslərində tamamilə yeni imkanlar yaradır:
"Bu uğurlu əməliyyat, İstanbul Tibb Fakültəsinin robot-yardımlı RIRS və qabaqcıl endourologiya sahəsindəki böyük təcrübəsinin digər uzaq mərkəzlərə də uğurla ötürülə biləcəyini göstərdi. Bu, bəşəriyyətin həyatını asanlaşdırmağa yönəlmiş mühüm bir elmi addımdır."
Əməliyyatı İstanbuldan idarə edən Prof. Dr. Tzevat Tefik 5G texnologiyasının yaratdığı möcüzəni bu sözlərlə ifadə edib:
"İbn-i Sina robotu sayəsində Muşdakı xəstəni İstanbuldan elə eyni əməliyyatxanadaymışıq kimi təqib edə bildik. Şəbəkədəki ultra aşağı gecikmə müddəti sayəsində cərrahi instinktlərimizdən və həssaslığımızdan heç bir şey itirmədən proseduru tamamladıq. Bu nailiyyət telecərrahiyyənin sadəcə bir texnoloji nümayiş olmadığını, klinik praktikada təhlükəsiz tətbiq oluna biləcək real bir model olduğunu sübut etdi. Hədəfimiz Türkiyəni bu sahədə beynəlxalq bir referans (mütəxəssis) mərkəzinə çevirməkdir."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Qocalığı gecikdirən möcüzəvi çərəzlər
-
Bu məşq yuxuya getməyinizə kömək edəcək
-
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
XƏBƏR LENTİ
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Bakıda kişi öldürüldü, arvadı saxlanıldı
-
Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Qurban Qurbanovdan yeni transfer elanı
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma





