Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 292-yə çatıb.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən "Startap" şəhadətnaməsinin verilməsi üçün müraciətlər daxil olmaqda davam edir. "Startap" şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında daha 16 layihəyə baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 292-yə çatıb.
"Startap" şəhadətnamələri "İnvitation Group" MMC-nin tədbirlərin planlaşdırılması, dəvətlərin idarə olunması və iştirakçı koordinasiyasını təmin edən rəqəmsal xidmət, "Rekrio" MMC-nin işə qəbul prosesini, müsahibələr də daxil olmaqla avtomatlaşdıran süni intellekt agent platforması, "GRC Lab" MMC-nin korporativ idarəetmə, risklərin idarə olunması və GRC-yə normativ uyğunluq proseslərinin rəqəmsallaşdırılmasını təmin edən platforması, "Aİ Development" MMC-nin şəhərdə nəqliyyat hərəkətinin təhlili və monitorinqini həyata keçirən süni intellekt əsaslı analitika platforması, "Yolutap" MMC-nin şagird və gənclərin peşəyönümü, qabiliyyətlərinin qiymətləndirilməsi və karyera planlaşdırılmasını dəstəkləyən rəqəmsal platformasına verilib. Həmçinin fiziki şəxslər Elmir Yunusovun süni intellekt əsaslı fərdi təhsil və peşə istiqamətləndirilməsini təmin edən rəqəmsal platforması, Ələmdar Manafovun istifadəçilərin gündəlik planlaşdırma, məqsəd idarəetməsi və məhsuldarlığının artırılmasına xidmət edən mobil tətbiqi, Mircəlal Məmmədovun satış, anbar, CRM (müştərilərlə münasibətlərin idarə olunması) və digər biznes proseslərinin idarə olunmasını təmin edən rəqəmsal platforması, Aqil Qumuxovun iş elanları üçün rəqəmsal platforması və Mehrac Abdurahmanlının iş elanına uyğunlaşdırılmış CV hazırlığı platforması layihələrinə də "Startap" şəhadətnamələri təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma
-
Türkiyədə polis idarəsinin həyətinə dron düşdü - (Video)
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu





