Sağlamlıq

Koronavirusdan sağalanların 70 faizində... - XƏBƏRDARLIQ

9 May 2021 14:11
Baxış: 2 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19 infeksiyasına məruz qalanların çoxu sonradan post-koronavirus sindromu ilə qarşılaşır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, məşhur həkim, toksikoloq Aleksey Vodovozov bu barədə mühüm açıqlama verib.

Həkim COVID-19-dan sağalanların 25-70 faizində virusun bəzi simptomlarının qaldığını açıqlayıb: "Testin cavabı neqativ olsa da, antikorlar normala dönsə də, insanların çoxunda post-koronavirus sindromuna çevrilən iyirmidən çox müxtəlif simptomlar var. Bu sindrom yorğunluq və zəifliklə ifadə olunur. Eyni zamanda, xəstələnmiş insanın qəfildən enerjisi tükənir və artıq funksiyalarını yerinə yetirə bilmir. Bərpa dövrü tədricən gedir. Buna kiçik gəzintilərlə başlaya bilərsiniz: 500 metr, 1000 metr, ən çox 3 kilometr".

Ağciyərləri bərpa etmək üçün həkim sadə məşqlər yerinə yetirməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.