Bitki tərkibli dərmanlar nevrozu müalicə edirmi? - Psixiatr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Müasir dövrdə psixiatr və psixoloqlara müraciətlərin təxminən 60 % i nevrozlu xəstələrin payına düşməsini nəzərə alsaq deməli bu xəstəliklərin müalicə məsələləri də bizim üçün olduqca aktual olmalıdır.Amerika kimi dünyanın inkişaf etmiş bir dövlətində belə xəstələrin sayı təxminən 20 milyona yaxındır".
Bəs aptekdə reseptsiz satılan, bitki tərkibli dərmanlarla nevrozu müalicə etmək mümkündürmü?
Milli.Az psixiatr Orxan Fərəclinin nevrozun əlamətləri və müalicəsi barədə tövsiyələrini təqdim edir:
"Nevrozun" əlamətləri nədir?
Köhnə adı ilə "nevroz" adlanan xəstəlik qrupu müasir təsnifatda nevrotik pozuntular adı ilə təsnif olunur. Özündə bir çox əlamətləri birləşdirən bu xəstəliklər qrupunun diaqnostika və müalicəsi məhz hansı əlamətinin pasientdə daha qabarıq ifadə olunmasından asılıdır.
Əgər sizdə ürəkdöyünməsi, nəfəs darlığı, sinədə sıxılma, əhvalsızlıq, ağlama, kövrəlmə hissi varsa deməli xəstəliyin müəyyən əlamətləri var. Sual oluna bilər ki, bizdə əgər bu əlamətlər varsa biz mütləq həkimə gedib dərmanmı qəbul etməliyik? Əlbəttə ki yox. Əgər bu hallar sizdə 2 həftədən çox davam edərsə, əlamətlər artıq gündəlik həyatınıza, iş fəaliyyətinizə təsir etməyə başlayarsa müalicə almaq lazımdı".
"Nevrozun" müalicəsi necə həyata keçirilir?
Müalicə və müayinə ixtisaslı mütəxəssis tərəfindən təyin olunmalıdı: "Müalicə mütləq ixtisaslı mütəxəssis tərəfindən ətraflı müayinə aparılaraq təyin olunmalıdır. Müalicə edərkən mütləq qəbul olunmuş beynəlxalq müalicə protokolları əsas götürülməli və seçilən dərmanlar da məhz həmin protokolda tövsiyyə olunan peraparatlar olmalıdı. Nevrozların yaranmasının kökündə beyində "xöşbəxtlik hormonu" adlandırdığımız serotonin maddəsinin azalması dayanır.
Bu maddənin azalması təkcə həyəcan, qorxu yaratmaqla yekunlaşmır. Eyni zamanda əhali arasında çox geniş yayılan depressiya xəstəliyinin də əsas yaranma səbəbidir. Məhz göstərilən səbəbə görə bu xəstəliklərin müalicəsində seroteninə təsir edən, onun beyindəki miqdarının artmasına şərait yaradan dərmanlardan istifadə olunmalıdır.
Bu sahədə müvəffəqiyyətlə istifadə olunan yeganə dərman qrupu müasir antidepressantlardır. Bəzən biz həkim olaraq xəstələrin dostlarının və ya tanıdıqları əczaçı tanışlarının məsləhəti ilə nevrozun müalicəsi məqsədilə bitki tərkibli dərmanlara müaricət etdiyini müşahidə edirik.
Qeyd etdiyim kimi bu dərmanlar serotonin sisteminə təsir etmədiyi üçün effektiv bir müalicə üsulu deyil və heç bir beynəlxalq müalicə protokolunda tövsiyyə olunmur. İnsanların bu tip dərmanlara üstünlük verməsinə səbəb isə bitki tərkibli dərmanların yüngül olması, asılılıq yaratmamasıdı.
Son olaraq bir şeyi nəzərinizə çatdırım ki, düzgün seçilərək təyin olunmuş antidepressant peraparat yayılan şayiələrin əksi olaraq heç bir halda asılıq və öyrəşmə yaratmır və qısa müddətdə sizin əvvəlki sağlamlığınıza qayıtmaqda yardımçı olur". /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya”nın premyerası keçiriləcək
-
Dünya bazarlarında neft bahalaşdı
-
Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov
-
Qazın qiyməti ucuzlaşdı
-
“Qarabağ” “Neftçi”yə, “Qəbələ” “Sabah”a qarşı
-
İstanbulda son 84 ilin ən güclü yağışı: Ölənlərin sayı artdı
-
Ronaldo Portuqaliyada mineral su zavodu tikdirir
-
Hörmüz boğazında batan gəmi ilə bağlı təhlükəli xəbərdarlıq
-
Trampdan diqqətçəkən açıqlama: “Bu, müharibə deyil”
-
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
-
Oktyabrın ortaları 3 bürc üçün yeni mərhələ başlayır
-
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
-
Yumurta qan şəkərinə necə təsir edir?
-
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
-
İlboyu səyahəti üçün ən isti yerlər
-
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
-
Bir cüt qolu və iki başı olan uşaq doğuldu
-
Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - (Video)
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
4 gün ardıcıl iş olmayacaq
-
Günün qoroskopu: Bu gün keçmişinizdən dərs almaq üçün əla gündür
-
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
-
Alyona Əliyeva Anar Hüseynzadənin "O" adlı sərgisindən görüntülər paylaşıb - (Foto)
-
Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı





