Sağlamlıq

Öskürək 3 dəfədən çox davam edirsə... - Həkimdən XƏBƏRDARLIQ

19 Aprel 2021 20:20
Baxış: 2 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Üç həftədən çox davam edən öskürək astmanın xəbərçisi ola bilər".

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bunu türkiyəli həkim Dr. Fulya Gürkan deyib.

O bildirib ki, həftələrlə davam edən öskürəyə laqeyd yanaşma ciddi fəsadlara yol açır:

"Astmanın meydana gəlməsində həm genetik, həm də ətraf ünsürlərinin rol oynayır. Əgər bir valideyn astma xəstəsidirsə körpə yüzdə 20-30, həm ana və həm də ata eyni xəstəliyə düçar olublarsa yüzdə 60-70 nisbətində astmalı ola bilər".

"Nəfəs darlığı olmadan yalnız öskürəklə seyr edǝn astma tipləri də mövcuddur. Uzun sürən və üç həftəni keçən öskürəkləri araşdırmaq tələb olunur", - deyə Gürkan xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.