Sağlamlıq

Bu maskalar təhlükəlidir

18 Aprel 2021 18:59
Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin yoluxucu xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssisi Rıdvan Karaali standartlara cavab verən maskalara üstünlük verilməli olduğunu bildirib və islanan nəm maskaların dərhal dəyişdirilməsinin lazım olduğunu vurğulayıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, Karaali yoluxmaların sayının artdığı son günlərdə ÜST-ün standartlarına uyğun olaraq yoxlanılan maskalardan istifadə etməyin vacibliyinə diqqət çəkib.

Mütəxəssis havaların isindiyi bu günlərdə islanmış nəm maskalardan istifadə edilməməli olduğunu və qapalı mühitlərdə mümkün qədər az qalmağın lazım olduğunu deyib.

Satışda bir çox məhsulun olduğunu, ancaq müəyyən standartlara cavab verən maskaların istifadəsinin əhəmiyyətinə diqqət çəkən R.Karaali tibbi maskaların ən effektiv qoruyuculuq xüsusiyyətinə malik olduğunu qeyd edib: "Hər zaman görüntüdən anlaya bilmərik. Standartlara uyğun olaraq istehsal olunan maskalara üstünlük verməyimiz daha məqsədəuyğundur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.