İnfarkt riskini azaldır, qəbizliyin qarşısını alır - Fındığın İNANILMAZ FAYDALARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tozağacıkimilər fəsiləsinə aid olan fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla, dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ethiyacını 100 faiz ödəyir. Tərkibində isə xolesterin yoxdur. Fındıq ləpəsinin tərkibində olan yağın 96%-i insan üçün faydalı olan doymamış turşulardan - olein və linol turşularından təşkil olunub.
Milli.Az bildirir ki, fındıq bədənə güc və enerji verir. Zehni, fiziki yorğunluğu aradan qaldırır. Tərkibində olan yüksək kalsium sümükləri və dişləri gücləndirir. Fındıqda pəhriz lifi 1-3 % nisbətində olur. Bunun sayəsində bağırsaqda yaranan kimyəvi birləşmələr toksik təsirlərin, qalın bağırsaq xəstəliklərinin, qəbizliyin qarşısını alır. Serum lipid səviyyəsini və qanda olan şəkəri salır.
Fındıq ağciyər xəstəliklərində faydalıdır. Qanazlığı, həzm və qan dövranı sistemi pozuntularının qarşısını almaqda kömək edir.
Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstəliklərinin yaranmasının qarşısını alır. Müntəzəm olaraq fındıq yemək infarkt riskini azaldır. O, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir.
Fındıq qanazlığına, sümüklərin inkişafına kömək edir. Fındığın daha bir faydası isə onun yağındadır. Fındıq yağı böyrək daşlarını və qumunu salmağa yardım edir. Həm də böyrək ağrılarına da yaxşı təsir göstərir. Lakin yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox istifadə məsləhət görülmür.
Fındığın yağından kosmetologiyada da geniş istifadə edilir. Dəriyə nəm, parlaqlıq, canlılıq verir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.
Fındıq yağının çox gözəl dəriyə sahib olmaq üçün effekti var. Sınanmış vasitədir. Dəri üçün ən gözəl nəmləndiricidir. Həm fındığın özü həm də yağı həqiqətən də faydalıdır. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
-
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
-
Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət
XƏBƏR LENTİ
-
“Neftçi”dən yay transferi - Qvadelupalı müdafiəçi ilə 2 illik müqavilə
-
Ukrayna vətəndaşları İrandan geri gətirildi - 4 dənizçi azad edilib
-
Bakıda saxlanılan Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verilib
-
İrandan Azərbaycana 41 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alındı
-
Ceyhun Bayramov Polşaya səfərə yola düşüb
-
“Qanunda olmayan tələb irəli sürülür” - Orxan Əli
-
Hüseyn Quliyevə hökm oxundu
-
“Meta”dan yeni addım - Zukerberq mərc tətbiqi hazırlayır
-
Fərhad Mehdiyevin sözlərinə TƏBİB-dən cavab gəldi - Yenilənib
-
ABB kartı olanlar diqqət: Vəsaitlər silinir - (Foto)
-
Həbsxanadakı məhkumun gizli silahı Nərimanovda tapıldı
-
Fransa millisinin baş məşqçisinin anası öldü - DÇ-ni qoyub ölkəsinə qayıtdı
-
Şənbə günü daha həyəcanlı olacaq - Rafael Fiziyev
-
Dünya çempionatındakı yeni qaydanın səbəbi məlum oldu
-
Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
-
Hamburqda AZAL-a məxsus ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib - (Foto)
-
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
-
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
-
Yayın ən sevilən meyvəsi təhlükə mənbəyinə çevrilə bilər - Müsahibə
-
Fransada anomal istilər: 68 minə yaxın ev işıqsız qaldı
-
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb
-
36 yaşlı modelin sirli ölümü: Çamadandan meyiti tapıldı
-
Fransada Ebola həyəcanı - İlk yoluxma halı qeydə alındı





