Sağlamlıq

Əlin üstündə olan damarlar niyə ağrıyır? - SƏBƏB

24 Mart 2021 23:05
Baxış: 2 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlin üstündəki damar ağrısının bir çox fərqli səbəbi ola bilər.

Milli.Az xəbər verir ki, Ürək və Damar Cərrahı Sinem Yiğit Uğur əlin üstündəki damar ağrısının səbəbləri haqqında bəzi detalları açıqlayıb.

Əllərimiz bədənimizdə ən çox istifadə etdiyimiz və ən çox zədəyə məruz qalan hissədir. İsti - soyuq təmas, yıxılmaq, əzilmə, yumruq atmaq, damar yolu açılması kimi bir çox fiziki zədə əllərimizdə, xüsusilə də əl üstündəki damarlarımızda ağrıya səbəb olur.

Əl üstündəki damarlarda ağrı, ətrafında qızarıqlıq, şişkinlik, sərtlik, göyərmə, isinmə kimi problemlər infeksiya, laxtalanma, qanaxma kimi ciddi xəstəliklər haqda şübhələnməyə əsas verir. Damar ətrafındakı toxumalardan qaynaqlanan kista, şişin əmələ gəlməsi mütləq araşdırılmalıdır. Bundan əlavə hipertaniya, diyabet, yüksək xolesterol, tiroid, böyrək və qaraciyər xəstəlikləri də əl üstündə və digər damar sistemlərində ağrıya səbəb ola bilər.

Nə etməli? Hansı həkimə getməli?

Damar ağrısını ötüşdürmək üçün əvvəlcə ağrıya səbəb olan faktoru tapıb, ona istiqamətli müalicə aparmaq lazımdır. Xüsusilə əl üstündəki damar ağrılarında ürək və damar cərrahı mütəxəssisinə müraciət edib detallı müayinə sonrası ağrıya səbəb olan faktor vaxt itirmədən ortadan qaldırılmalı, təqib və müalicə edilməlidir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.