Sağlamlıq

Toyuq dönərdə qorxunc təhlükə: Mütəxəssisdən XƏBƏRDARLIQ

28 Fevral 2021 22:04
Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli həkim Işıl Var toyuq ətlərinin daha tez xarab olan məhsullardan olduğunu bildirib.

Milli.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, aparılan araşdırmalarda hamilələrin düşük etməsinə səbəb olan listeria bakteriyasının toyuq ətində olduğu sübut edilib: "Satılmayan toyuq dönəri soyuducuda saxlanılsa belə listeria soyuq şəraitdə yaşamağa və artmağa davam edir. Həmçinin toyuq ətlərində salmonella bakteriyası da olur. Salmonella bakteriyası toyuqlarda xəstəlik növüdür və qida zəhərlənmələrinə səbəb olur. Bu heyvanlara aid olan bir xəstəlikdir. Əgər heyvan xəstədirsə, təbii olaraq ətə də keçir. Sadəcə toyuq dönərlərində deyil, evdə belə ət məhsulu bişirdiyinizdə yeyə biləcəyiniz qədərindən istifadə edin. Bir dəfə bişmiş məhsulu dəfələrlə bişirmək düzgün deyil. Toyuq əti yaxşı bişirilməlidir. Toyuq dönəri aldığımızda üst hissəsinin bişmiş olduğunu görürük. Amma iç hissəsini görmürük. Satılmayan toyuq dönərini soyuducuda saxlasanız belə hamilələrdə düşüklərə səbəb olan listeria bakteriyasından qurtula bilməzsiniz. Çünki bu bakteriyalar soyuq şəraitdə də artmağa davam edir". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.