Sağlamlıq

Qarında və dişdə ağrı varsa, ürəyini yoxlat - Məşhur həkim

3 Noyabr 2023 04:45
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarında müntəzəm ağrı, dişlərin və barmaqların sızıldayıb ağrıması ürəkdə miokard infarktının birinci siqnalları ola bilər.

Milli.Az xəbər verir ki, bunu tanınmış rusiyalı həkim Aleksandr Myasnikov deyib.
İnfarktın gəlişini ürəkdən ağrı ilə gözləməyin. Elə əlamətlər var ki, həkimləri belə çaşdırır.

"Bu qəfil təngnəfəslik, tənəffüsdə çətinlik, gözlənilməz öskürək, bədəndə zəiflik ola bilər. Yol getdiyin yerdə təngnəfəslik olur və sən oturub nəfəsini dərirsən. Və ya oturduğun yerdə səni soyuq tər basa bilər. Bunlar hamısı stenokardiyanın, ürəkdə problemlərin olmasının əlaməti ola bilər.

Diabet kişi və qadınlarda infarkt məhz belə simptomlarla başlayır. Onlarda nə kürəkdə, nə ürəkdə ağrə da olmur. Nəticədə nə özü, nə ailəsi təcili yardım çağırmır, xəstə qəfildən ölür.

İstənilən halda yaşlı insan, diabeti olan xəstədə qəfil tərləmə və bədənə su gəlmə olarsa, mütləq kardiloji təcili yardım çağırılmalı, xəstəni təcili EKQ-dən keçirmək lazımdır.

Stomatoloqların da təcrübəsində çox rast gəlinib ki, bəzi insanlar diş ağrısı ilə gəlib, lakin onların dişlərində heç bir problem aşkarlanmayıb. O zaman stomatoloqlar ürək həkiminə getməyi tövsiyə ediblər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.