Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq bir neçə gündür ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Vaksinasiyadan əvvəl və sonra, həmçinin sonrakı günlərdə qida rasionu hər kəsi maraqlandıran məsələlərdən biridir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: "Əvvəla, bu məsləhətləri nəinki vaksinasiyaya hazırlaşan və vaksinasiya olunan, eləcə də sağlam olanlara da məsləhət görürük. İlk növbədə, çoxlu meyvə-tərəvəz və zülallı qidalar - yumurta, balıq, toyuq əti və qırmızı ət qəbul etmək lazımdır. Məsələ burasındadır ki, immun hüceyrələri zülal mənşəlidir və zülal defisiti olduqda virus və mikroblara qarşı müqavimət zəifləyir. Ona görə də zülallı, proteinli qidalara üstünlük vermək, nisbətən az yağlar, ən az isə karbohidratların qəbul olunması məsləhət görülür".
Onun dediyinə görə, insan orqanizmi hər zaman immun sistemini möhkəmləndirən zülal və vitaminlərlə zəngin olmalıdır. Peyvənd vurulduqdan sonra da orqanizmdə vitamin balansını, xüsusilə də D vitaminini qorumaq çox böyük əhəmiyyət daşıyır.
"Vaksinasiyaya hazırlaşanlarda xüsusi növ allergiyası və yüksək hərarəti yoxdursa, COVID-19-un aktiv dövrü deyilsə, rahat şəkildə peyvənd etdirə bilərlər. COVID-19-a yoluxub sağalanlar orqanizmdə D vitamininin miqdarını yüksək səviyyədə saxlamağa çalışmalıdırlar, çünki ilin bu fəsli günəşli günlərin sayı az olduğuna görə onu xaricdən qəbul etməlidirlər. Həmin vitaminlər həm də antioksidantlardır. Sink və D vitamini koronavirus zamanı müqavimətin artırılması üçün vacib elementlər hesab olunur", - deyə həkim-diyetoloq əlavə edib.
Pandemiya halını alan COVID-19 virusu ilə mübarizə nə qədər çətin olsa da, xəstəliyə tam qalib gəlməyin yeganə yolu peyvənd olunmaq, orqanizmdə güclü immunitet sistemi yaratmaq və gigiyenik qaydalara əməl etməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
XƏBƏR LENTİ
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
JONY ad və soyadını dəyişdi
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi





