Sağlamlıq

Koronavirusun müalicəsi zamanı edilən TƏHLÜKƏLİ SƏHVLƏR

15 Yanvar 2021 23:34
Baxış: 1 031

Koronavirusun müalicəsi ilə bağlı olan ən ciddi və təhlükəli səhvlərə yol verilir.

Milli.Az xəbər verir ki, Yekaterinburq şəhərinin (Rusiya) koronavirus xəstəxanasının adını açıqlamaq istəməyən həkimi bu barədə məlumat verib.

Həkimin sözlərinə görə, koronavirusa təşvişə səbəb olduğu üçün insanlarda ağciyərin fəaliyyəti ilə bağlı olmayan boğulmalar meydana gəlir. Buna xüsusilə çox həssas və sinir sistemi zəif olan insanlarda rast gəlinir.

Həkimin sözlərinə görə, xəstəxanalarda yatan 40-50% xəstələr əslində infeksiyanı yüngül formada keçirir və onlarda olan boğulma, təngənəfəslik kimi simptomlar koronavirusla deyil, psixosomatika ilə bağlıdır. Belə xəstələrin koronavirus xəstəxanalarına yerləşdirilməsi nəticəsində infeksiyanı həqiqətən ağır keçirən xəstələrə yer qalmır. Digər tərəfdən yüngül formalı xəstələrin vəziyyəti xəstəxana şəraitində bakterial və digər infeksiyaların qoşulması səbəbi ilə daha da ağırlaşa bilər.

Digər böyük səhv dərmanların yerli-yersiz qəbuludur. Həkim bildirib ki, virus əleyhinə preparatların qəbulu bir çox hallarda mənasızdır: "Virus əleyhinə preparatların faydası sübut olunmayıb. Bu həm kovid, həm də kəskin-respirator viruslarına aiddir. Qripp virusuna təsir edən bir neçə preparat var. Lakin qripp virusun koronavirusla heç bir əlaqəsi yoxdur".

Həkimin sözlərinə görə, koronavirus zamanı orqanizmə infeksiya ilə mübarizədə yardım etmək üçün daha çox maye içmək, dincəlmək və qızıdırma 38,5 C-dən yuxarı qalxdıqda parasetamol qəbul etmək lazımdır.

Daha sonra həkim koronavirus zamanı antibiotiklər, hormonlar və qan duruldan preparatların qəbulu ilə bağlı xəbərdarlıq edib. Həkim qeyd edib ki, koronavirus zamanı ağciyərdə baş verən prosess adi pnevmoniya deyil və onun müalicəsində antibiotiklərdə istifadə olunmamalıdır. Bu antibiotik rezistentliyinin formalaşmasına səbəb olur, bakteriyaların antibiotiklərə qarşı dözümlülüyü artır.

"İnsanlar 2-3 növ antibiotik qəbul edirlər. Bilmirəm, bu insanlar yaxın aylar və illər ərzində cərrahi müalicə aldıqda və ya bakterial infeksiyaya yoluxduqda nə ilə müalicə olunacaqlar. Onlar sepsisdən, pnevmoniyalardan həlak olmağa başlayacaqlar. Anginanı, osteomiyeliti müalicəsi etmək üçün vasitə olmayacaq. Niyə? Ona görə ki, kovidi müalicə edirdilər".

Hormonların istifadəsinə gəldikdə həkim qeyd edib ki, bu preparatlar korovavirusun ağırlaşması olan sitokin qasırğası zamanı istifadə olunur. Ev şəraitində, yüngül formalı xəstələrin bu preparatlardan istifadəsi faydadan çox təhlükə və risklidir.

Həmçinin ev şəraitində qan duruldan preparatlardan istifadə də yolverilməzdir. Bu preparatlar daxili qanaxmaya səbəb ola bilir. (publika.az)

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.