Sağlamlıq

Çin elan etdi: Uşaqlar risk altındadır

18 Dekabr 2020 21:25
Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun yoluxucu xüsusiyyəti ilə bağlı yeni araşdırma aparılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Çin Elmlər Akademiyası tərəfindən Pekində aparılan araşdırma nəticəsində müəyyən edilib ki, virus bu şəkildə yayılır:

1.80 metr hündürlüyündə və saniyədə 1,5 metr sürətlə hərəkət edən insanı təsəvvür edin. Maska taxmayan və koronavirus daşıyıcısı olan biri öskürərək havaya damcı şəklində virusu buraxır. Damcılar gəzən insanın hava axını ilə birlikdə bel səviyyəsində onu təqib edir və gənə kimi yapışır. Belə durum isə yetkin insanlarda bel səviyyəsində, uşaqların isə baş nahiyəsində özünü göstərməyə başlayır.

Mütəxəssislər deyib ki, uşaqlar buna görə daha çox risk altında olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.