Sağlamlıq

Koronavirus xəstələri üçün qadağan olunan məhsullar açıqlandı

7 Noyabr 2020 16:52
Baxış: 2 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19 xəstələri rasionlarında duzlu qidaların miqdarını məhdudlaşdırmalıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Filipp Kuzmenko xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, bədəndə düzgün su-duz tarazlığını qorumaq koronavirus xəstələrinin müalicəsində vacib amildir.

Duzlu qidalar susuzlaşdırma ilə yanaşı qanı daha da qatılaşdırır, bu da koronavirusda zərərlidir.

"Duz toxumadakı maye komponentini çıxarır, damarlarda isə qalınlaşma baş verir", - deyə Kuzmenko izah edib.

O, həmçinin, alkoqol istifadəsinin də məhdudlaşdırılmasının vacibliyini vurğulayıb, çünki bu cür içkilər digər zərərləri ilə yanaşı dehidrasiyaya (bədənin susuzlaşmasına) səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.