Sağlamlıq

Bu insanlarda infarkt riski yüksəkdir

18 Oktyabr 2023 05:30
Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın qohumlarından kişilərdə 55, qadınlarda 65 yaşından əvvəl infarkt keçirən, siqaret çəkən, yüksək təzyiq, şəkər xəstəliyindən əziyyət çəkən insanların infarkt riski də yüksəkdir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, normal ürək damarının daxili səthi qan axınını asanlaşdıran hüceyrələrlə doludur. Lakin yuxarıda göstərilən risk əlamətləri olan insanlarda bu hüceyrə səthi zədələnə bilər və hüceyrə qatının altında xolesterol çöküntüləri əmələ gələ bilər.

İnfarktın sinə ağrısı ilə birlikdə nəfəs darlığı, baş fırlanması, huşunu itirmə, qusma, mədə ağrısı, soyuq tərləmə, ürək döyüntüsü, halsızlıq kimi xüsusiyyətləri vardır. Bu kimi hallarda mütləq həkimə getmək lazımdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.