Sağlamlıq

Uşağınız ayaqqabısını bağlaya bilmirsə diqqət - Bacarıqsız uşaq sindromu

16 Noyabr 2020 23:50
Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bacarıqsız uşaq sindromu" olaraq adlandırılan bu xəstəlikdə uşaqlar gəzməkdə, düymə və ayaqqabı bağını bağlamaqda, çəngəl, bıçaq, qaşıq və stəkandan istifadə etməkdə çətinlik çəkirlər.

Milli.Az həmin araşdırmanı təqdim edir:

Bu cür uşaqlar yaşlarına uyğun performansı göstərə bilmir, amma normal zəkaya sahibdirlər. Buna adətən "Bacarıqsız uşaq sindromu" deyilir. Bu hal sadəcə uşaqlarda deyil, yetişkinlərdə də rast gəlinir.

Diqqət əksikliyi ilə ortaya çıxır

Məktəbyaşlı uşaqların 5 faizində buna rast gəlinir. Araşdırılmada bunun ana yaşınını 35-dən çox olması, hamiləlikdə alkoqol istifadəsi, 20-ci həftədən əvvəl düşük riski, oğlan uşaqlarında, doğum sırası və sonrasındakı problemlər, erkən doğum ilə səbəbləri göstərilir. Yəni səbəbləri dəqiq olaraq göstərilmir. Amma araşdırmalarda gecikmiş beyin inkişafı ilə əlaqələndirilmişdir. Bu xüsusən oğlan uşaqlarında rast gəlinir. Bəzən isə diqqətsizlik, hiperaktivlik pozuntusu və ya zehni gerililiklə birlikdə ortaya çıxar.

"Bacarıqsız uşaq sindromu" göstəriciləri

Gəzinti pozuntuları, düymə, ayaqqabı bağını bağlamaqda, həmçinin çəngəl, bıçaq, qaşıq və stəkan istifadəsində çətinliklər yaşana bilər. Zəif rəsm çəkmə və boyama əlamətləri vardır. Qayçıdan istifadə zamanı, velosiped sürməkdə çətinliklər yaşayır. İdmanlarda uğursuzdur və fiziki avtivliklərdən uzaq durur. Nəticədə artıq çəki və ürək-damar xəstəlikləri kimi önəmli problemlər riskini daşıyır. Həm uşaqlarda, həm də böyüklərdə duyğusal, sosial güclüklər və davranış pozuntuları yaranır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.