Şou-biznes

Əmrah 1997-ci ildə də Bakıya gəlmişdi - qızların bu hərəkəti TƏNQİD OLUNMUŞDU - VİDEO

31 Oktyabr 2025 09:30
Baxış: 1 882
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli məşhur müğənni Əmrahın 1997-ci ildə Bakıda verdiyi konsertdən arxiv görüntülər sosial şəbəkələrdə yayılıb.

Milli.Az xəbər verir ki, kadrlar sosial mediada nostalji ab-hava yaradıb. Videoda gənc Əmrahın konsert məkanına gəlişi, eləcə də konsert məkanının çıxışında onu gözləyən onlarla fanatın həyəcanı əks olunub.

Xüsusilə müğənninin qız fanatları arasında böyük izdiham yaşandığı, onların Əmrahı yaxından görmək və foto çəkdirmək üçün bir-birilə yarışdığı görünür.

Paylaşılan görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bir çox izləyici həmin illəri xatırlayaraq Əmrahın o dövrdə Azərbaycanda ən çox sevilən türk ifaçılardan biri olduğunu qeyd edib.

Bəziləri isə xanımları hərəkətini qınayıblar.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.