Dünya

Ermənistan bu ölkədən 12 qırıcı təyyarə alır

31 Oktyabr 2025 14:40
Baxış: 896
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan Hindistandan 12 Su-30MKI tipli qırıcı təyyarə almağa hazırlaşır.

Milli.Az xəbər verir ki, Hindistan istehsalı olan bu təyyarələrin satışı 2,5-3 milyard dollar dəyərində qiymətləndirilir və bu müqavilə ölkənin ilk yerli istehsal ixracı olacaq.

Yeni Su-30MKI-lər Uttam AESA radarı, yerli elektron müharibə sistemləri və Astra Mk.1 və Mk.2 tipli hava-hava raketləri ilə təchiz ediləcək. Bununla belə, bəzi əsas hissələrin Rusiyadan tədarük ediləcəyi və Moskvanın satışdan gəlir əldə edəcəyi bildirilib.

Təyyarələrin çatdırılmasına 2027-ci ildə başlanacaq və 2029-cu ilə qədər tamamlanması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.