Əməkdar artist buna görə qızından imtina edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Mehriban Xanlorava qızından imtina səbəbini bildiirb.
Milli.Az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
Sənətçi Ayselin müğənnilik etməsinin leyhinə çıxıb:
"Bildiyiniz kimi, 06.12.2024 tarixində milyonların qarşısında, 35 il ərzində həm özünə, həm də altı övladına maddi və mənəvi analıq etdiyim bacım qızından imtina etdiyimi və məsuliyyət daşımadığımı ictimaiyyətə bəyan etmişdim. Həmin vaxt qeyd etmişdim ki, bu addımı atmağımın müxtəlif və ciddi səbəbləri var... Bu səbəblərdən biri də ondan ibarətdir ki, altı övlad anası olan həmin şəxs, səsi və istedadı olmadığı halda, müğənnilik adı altında televiziya kanallarına çıxaraq mənim nüfuzuma xələl gətirmək niyyətində olmasıdır... Müğənnilik etmək ayıb deyil! Ayıb olan odur ki, altı övlad anası evdə uşaqlarını böyüdüb tərbiyə vermək əvəzinə, səsi və istedadı olmamasına baxmayaraq efirləri gəzərək özünü müğənni kimi təqdim etməyə çalışır. Onun müğənnilik fəaliyyəti üçün nə təhsili, nə səsi, nə də istedadı vardır. Əgər bu keyfiyyətlərə malik olsaydı, mən onu sənət yoluna yönəldər və dəstək olardım. Necə ki, illər ərzində bir çox istedadlı gənclərə bu dəstəyi göstərmişəm. Buradan bütün televiziya kanallarına və aparıcılara müraciət edirəm: Reytinq qazanmaq məqsədilə həmin şəxsi efirə dəvət edib təqdim edərkən, onun olduğu yerdə mənim adımı çəkməyiniz qəti qadağandır! Əks təqdirdə, qanun qarşısında cavab verəcəksiz! Çünki mən həmin şəxsdən imtina etmişəm! Bu məsələdə mənə dost deyən hər kəsin davranışını da qiymətləndirəcəm! Məni dost adlandıran insanlar, həmin şəxsi proqramlarına dəvət etməsinlər! Çünki mən istədadsız və səsi olmayan, altı övlad anasının müğənnilik fəaliyyətini qəbul etmirəm! Belə bir şəxsi ön plana çıxarmaq və təbliğ etmək, xüsusilə övladlarına qarşı məsuliyyətsiz davranışını nəzərə alaraq, gənclər üçün yanlış nümunə yaratmış olacaqsınız... Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, müasir texnologiyaların imkanları ilə qarğa səsini belə, bülbül səsinə çevirmək mümkündür. Lakin həqiqi səs və istedad kompüter proqramları ilə deyil, canlı ifa ilə sübut olunur. Ona görə də, onun səsinin və istedadının gerçəkliyini öyrənmək istəyirsinizsə, canlı oxutdurun. O zaman hər kəs onun sənət iddiasının hansı səviyyədə olduğunu aydın şəkildə görəcək...".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Natavan Həbibi tanınmaz halda (Foto)
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
“Şahzadə Mustafa”dan etiraf
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
XƏBƏR LENTİ
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi





