Dünya

Türkiyədə illər sonra çarəsiz xəstəlik aşkarlandı - İki nəfər yoluxub

31 Oktyabr 2025 14:43
Baxış: 1 314
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə illər sonra ilk dəfə "dəli dana" xəstəliyinə (BSE - "süngərabənzər ensefalopatiya") iki yoluxma halı qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisələr Ankara və Bolu şəhərlərində baş verib.

Ankara Bilkənt Şəhər Xəstəxanasında müalicə alan xəstədə ilkin olaraq "dəli dana" xəstəliyi şübhəsi aşkarlanıb. Laborator analizlər davam edir, xəstə hazırda reanimasiya şəraitində nəzarət altında saxlanılır.

Oxşar hadisə Boluda da qeydə alınıb. Boğaz ağrısı, başgicəllənmə və ürəkbulanma şikayəti ilə xəstəxanaya müraciət edən şəxsə aparılan analizlərdən sonra "dəli dana" diaqnozu qoyulub. Yoluxmanın yayılma riskinə görə xəstə izolyasiya edilib və nəzarət altında saxlanılır.

"Dəli dana" xəstəliyinin tibbi adı "mal süngərabənzər ensefalopatiyası" (Bovine Spongiform Encephalopathy - BSE) kimi tanınır. Bu, mal-qaranın sinir sisteminə təsir edən prion mənşəli ölümcül infeksiyadır. İnsanlara bu xəstəlik "Variant Kroytsfeldt-Yakob xəstəliyi" (vCJD) kimi keçə bilər və əsasən yoluxmuş heyvan ətinin yeyilməsi ilə ötürülür.

Həkimlərin sözlərinə görə, xəstəliyin ilk əlamətləri psixoloji dəyişikliklərlə özünü göstərir. Əsas simptomlara bunlar daxildir:

  • yaddaş itkisi və diqqət azalması
  • depressiya və narahatlıq
  • danışıq və görmə pozğunluğu
  • əzələlərdə nəzarətsiz hərəkətlər
  • tarazlıq və yerimə problemləri
  • yuxusuzluq və ya həddindən artıq yuxululuq
  • son mərhələdə huşun itməsi və koma

Xəstəliyin insanda gizli dövrü çox uzundur. Yoluxmadan sonra simptomlar 10 ildən 30 ilə qədər vaxt keçdikdən sonra ortaya çıxa bilər.

Hazırda "dəli dana" xəstəliyinin dəqiq və təsirli müalicəsi yoxdur. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, bu xəstəlikdə əlamətlər başladıqdan sonra onun gedişini dayandıracaq və ya yavaşladacaq xüsusi müalicə üsulu yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.