Dünya

Ermənistanda əməliyyat başladı - Yüksək rütbəli hərbçilər HƏBS EDİLDİ

31 Oktyabr 2025 15:51
Baxış: 654
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın ediblər.

Milli.Az xəbər verir ki, saxlanılanlar arasında yüksək rütbəli hərbçilər də var.

Eçmiədzin şəhərində yerləşən hərbi hissədə keçirilən əməliyyat tədbirləri Ermənistan Antikorrupsiya Komitəsində aparılan cinayət işi ilə bağlıdır.

Bu barədə məlumatı komitənin mətbuat xidməti yayıb.

Bildirilib ki, Hərbi Polis tərəfindən ehtimal edilən cinayət faktı barədə məlumat Antikorrupsiya Komitəsinə təqdim edilib və burada qanunvericiliyə uyğun şəkildə araşdırma başlanıb.

Qeyd olunur ki, adıçəkilən hərbi hissə ilə bağlı cinayət işi daha əvvəl də ictimaiyyətin diqqətini cəlb edib. Həmin iş üzrə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant Andranik Makaryana və bir neçə digər hərbçiyə qarşı ittihamlar irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.