Şou-biznes

Sevgilisi Sevim Ərdoğanı soydu: " İçki içdik, huşumu itirdim..." - FOTO

31 Oktyabr 2025 16:00
Baxış: 1 195
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin reytinqli serialı "Kızılcık Şerbeti"nin "Leman" obrazını canlandıran aktrisa Sevim Ərdoğanın başına iş gəlib.

Milli.Az xəbər verir ki, Sevim Ərdoğan dörd illik sevgilisi Akın E. ilə ayrılmaq qərarına gəlib. Lakin iddialara görə, aktrisanın evinə vida üçün gələn Akın E. sərxoş vəziyyətdə onun telefonuna daxil olaraq bank hesabından 225 min (təxminən 9 min manat) lirəni öz hesabına köçürüb.

Ərdoğan ifadəsində bildirib ki, sevgilisi son vaxtlar işsiz idi və tez-tez ondan pul istəyirdi:

"O, qumar oynayırdı. Hətta onun üçün anamdan borc da almışdım. Həmin gecə içki içdik, mən huşumu itirdim və o, razılığım olmadan pulumu öz hesabına köçürdü" .

Aktrisa hadisədən sonra dərhal bank hesabını bağlayıb və pul geri qaytarılsa da, şikayətini geri çəkməyib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.