Sağlamlıq

Professor koronavirus müalicəsində baş verə biləcək fəsadlar barədə XƏBƏRDARLIQ ETDİ

3 Avqust 2020 20:04
Baxış: 1 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz ki, koronavirusun əsas hədəflərindən biri qan damarlarıdır. COVID-19 kapilyarların daxili qabığına təsir göstərir, onlarda mikrotromb əmələ gəlməsinə səbəb olur. Qan laxtalanmasının artmasına mane olmaq və qan laxtalanma riskini azaltmaq üçün həkimlər xəstələrə antikoagulyant dərmanlar təyin edirlər.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə koronavirus müalicəsində antikoagulyant dərmanların faydaları barədə məlumatlar yayılmaqdadır.

Rusiya Səhiyyə Nazirliyinin baş kardioloqu, Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Boyçov qeyd edib ki, bu dərmanları həkim nəzarəti olmadan heç bir halda qəbul etmək olmaz:

"Heç bir halda antikoagulyantlar həkim resepti olmadan istifadə edilməməlidir! Bu dərmanlar koronavirusun təzahürlərinin şiddətini azaldır, eyni zamanda qanaxma riskini artırır. Yaş, böyrək funksiyası, xəstənin qan təzyiqi səviyyəsi və digər vacib amillər nəzərə alınmaqla bu riski düzgün hesablamaq çox vacibdir. Bunu yalnız bir həkim edə bilər. Risk və dərman dozasını təyin etmək üçün xüsusi bir alqoritm istifadə edilir. Antikoagulyantlarla özünü müalicə etmək ölümcül mədə-bağırsaq qanaxması və hemorragik insultla nəticələnə bilər" , - baş kardioloq xəbərdarlıq edib.

Mütəxəssis əlavə edib ki, koronavirus zamanı aspirin qəbul etmək təhlükəsiz deyil.

"Kardioloqlar bilir ki, aspirin kifayət qədər yüksək qanaxma riski olan bir dərmandır, odur ki, müalicədə ondan çox ehtiyatla istifadə edirlər. Bu dərmanın riskləri potensial faydasından daha yüksək ola bilər. Parasetamol isə koronavirus infeksiyası üçün ən təhlükəsiz və təsirli antipiretikdir". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.