Bu qidalar dişləri bəm-bəyaz edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çiyələk, ananas, süd məhsulları, eləcə də alma və yerkökü kimi bəzi qidalar dişlərin təbii şəkildə ağardılmasına kömək edir".
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı stomatoloq-terapevt Pavel Lısenkov Gazeta.ru-ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, çiyələyin tərkibindəki alma turşusu dişləri yumşaq şəkildə ağardır və mina səthindəki piqment ləkələrini tədricən aradan qaldırır.
Həkim vurğulayıb ki, bu məhsullar qısa müddətdə nəzərəçarpan nəticə vermir və ciddi ağardıcı təsir gözləmək düzgün deyil.
Alma və yerkökü də dişlərin səthindəki ərpi təmizləməyə kömək edir. Onların tərkibindəki alma turşusu çiyələkdə olduğu kimi, mina üzərindəki ləkələrin azalmasına təsir göstərir.
"Təbii ağardıcı kimi ananas da uyğundur. Onun tərkibində dişləri ərpdən təmizləyən xüsusi ferment var. Lakin çiyələkdə olduğu kimi, nəticə dərhal müşahidə olunmur", - deyə Lısenkov əlavə edib.
Stomatoloq həmçinin süd məhsullarının faydalarına diqqət çəkib. Onlar ağız boşluğundakı turşuları neytrallaşdırır, bakteriostatik təsir göstərir, ərpi azaldır və orqanizmi kalsiumla yanaşı fosforla da zənginləşdirir ki, bu da diş sağlamlığına müsbət təsir edir.
"Amma məşhur inanclara baxmayaraq, dişləri limon dilimi ilə sürtmək olmaz. Bu üsul dişləri ağartmır, əksinə, limon turşusu minanı zədələyərək həssaslığı artırır və kariyesin yaranmasına səbəb ola bilər", - deyə Pavel Lısenkov xəbərdarlıq edib. /Oxu.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bu 4 əlaməti görməzdən gəlməyin
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
XƏBƏR LENTİ
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Ev qatığı niyə sulu olur? Daş kimi qatıq hazırlamağın əsas sirləri
-
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
-
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Günün qoroskopu: Daxili rahatlıq tapmaq üçün ideal zamandır
-
Kaliforniyada baş verən güclü zəlzələnin videosu
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakı-Sumqayıt yolundakı tıxac probleminə çarə - (Video)
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Həbsxanada 60 kilo arıqlayan kişi: "Qızım məni tanımayıb qorxudan qaçdı" - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)
-
Xalq artisti Samir Cəfərov ilk dəfə Kavaradossi obrazında çıxış edib - (Foto)
-
Kanalda boğulan Hüseynin (Fotosu)
-
Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır
-
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktorunun inşasını nəzərdə tutur
-
Kiyevə dron hücumu - ölən və yaralananlar var
-
Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
-
Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib
-
Cem Yiğit Üzümoğlu yeni obrazı üçün 19 kiloqram arıqladı - (Foto)





