Sağlamlıq

Yuxudan duran kimi qəhvə içmək zərərlidir - Kardioqoloq açıqladı

5 Sentyabr 2025 01:01
Baxış: 310
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qəhvə milyonlarla insanın səhərinin ayrılmaz hissəsidir. Lakin, həkim-kardioqoloq Anastasiya Şçerbakın fikrincə səhər qəhvəsini dərhal yuxudan sonra içmək düzgün deyil.

Milli.Az bildirir ki, yuxudan sonra bədəndə kortizol səviyyəsi yüksək olur və qəhvənin təsiri zəifləyir, mədə isə qıcıqlana bilər.

Həkim tövsiyə edir ki, ilk fincan 1,5-2 saat sonra və ya səhər yeməyi və ya qəlyanaltı ilə birlikdə içilsin.

Gündə maksimum kofein dozası 400 mg, bir dəfəlik isə 200 mg-dır. Həddindən artıq kofein yuxusuzluq, əsəbilik, təzyiqin artması və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Şçerbak vurğulayır ki, qəhvənin faydalı olması üçün balanslı qəbul edilməlidir.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.