Böyük Britaniyada cərrah sığorta pulu üçün öz ayaqlarını amputasiya edib.
Milli.Az xəbər verir ki, Böyük Britaniyada cərrah Nil Hopper sığortadan pul almaq üçün öz ayaqlarını amputasiya etdiyinə görə 32 ay həbs cəzasına məhkum edilib.
O, ayaqlarını qəsdən donvurma yolu ilə xəstə hala salaraq amputasiya etdirib və bunu sığorta şirkətinə sepsis nəticəsində baş verdiyi kimi təqdim edib.
"The Guardian"ın yazdığına görə, Hopper bu yolla 466 min funt sterlinq (təxminən 985 min manat) sığorta pulu alıb. Pulu avtomobil, jakuzi və ev təmiri üçün xərcləyib.
Məhkəmədə məlum olub ki, cərrah uzun illər ayaqlarını kəsdirmək arzusu ilə yaşayıb və bu hərəkətinə qeyri-adi seksual meyl səbəb olub.
O, həmçinin "deepweb" saytlar vasitəsilə ekstremal tibbi görüntülərə sahib olmaqda da günahını etiraf edib.
İsmayıl
Milli.Az