Ölkə

Xocalı Soyqırımı Memorial Kompleksi belə yaradılır - VİDEO

5 Sentyabr 2025 12:44
Baxış: 468
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması üzrə işlər davam edir.

Milli.Az xəbər verir ki, memorial kompleksin təməli 2024-cü il fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Dövlət başçısının Sərəncamına uyğun olaraq Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Mədəniyyət Nazirliyinə tapşırılıb. Hazırda ərazidə kompleksin tikinti işləri aparılır. Layihə üzrə dəmir-beton və dam örtüyü işləri artıq başa çatıb. Yaxın müddətdə daxili tərtibat prosesinə start veriləcək.

Xocalı Soyqırımı Memorial Kompleksinin kontenti Heydər Əliyev Fondunun hazırladığı dizayn konsepsiya əsasında qurulacaq. Heydər Əliyev Fondu tərəfindən yaradılacaq ekspozisiyada Xocalının tarixinə, 1992-ci ildəki qətliamdan əvvəl Xocalıdakı həyata, Xocalı soyqırımına dair faktlar yer alacaq. Burada həmçinin faciə qurbanları ilə bağlı məlumatlar, Fondun "Xocalıya ədalət" kampaniyası çərçivəsində faciənin dünyaya tanıdılması üzrə görülmüş işlər və s. əks olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.