Hadisə

Azərbaycanda gəlinini döyən qayınana CƏRİMƏLƏNDİ

5 Sentyabr 2025 13:22
Baxış: 500
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tovuz rayonunda gəlinini döyən qayınana cəzalandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib.

Rayonun Dönük Qırıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Sona Ağayeva (adı və soyadı şərtidir) Abulbəyli kəndinə, oğlunun evinə gəlib. O, evdə gəlini Səkinə Mustafayeva ilə mübahisə edib. Mübahisə davaya çevrilib və qayınana gəlinin saçından tutaraq sürüyüb. Daha sonra o, gəlini sillə və təpik zərbələri ilə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı protokol tərtib edilərək məhkəməyə göndərilib.

Tovuz Rayon Məhkəməsində qayınana ilə gəlinə barışıq təklif olunsa da, Səkinə Mustafayeva onunla barışmayıb.

Məhkəmənin qərarı ilə S.Ağayeva 300 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.